Azərbaycan və Macarıstan yenidən üz-üzə gəlir – bu dəfə yoldaşlıq oyunu, amma hədəflər sıradan bir görüşdən daha çoxdur. İyunun 10-u saat 20:00-da Bakıdakı Liv Bona Dea Arena meydançasında komandalar qarşılaşacaq.
Tarixi qarşılaşmalara baxanda, Macarıstan Azərbaycan üçün “qara rəqib” olub. Avro 2020-nin seçmə mərhələsində keçirilən son iki matçda macarlar əvvəl Bakıda 3:1, sonra isə Budapeştdə 1:0 hesabı ilə qalib gəliblər.
Statistik göstəricilər də komandaların durumunun ürəkaçan olmadığını göstərir. Azərbaycan son 5 matçında qol vura bilməyib, 3 məğlubiyyət və 2 heç-heçə ilə çətin vəziyyətdədir. Macarıstan isə son 5 oyunda 3 məğlubiyyət, 1 heç-heçə və cəmi 1 qol vurmaqla bərbad vəziyyətdədir.
AFFA və rəsmi mətbuatın yaydığı məlumata görə, oyunu Belarusdan Viktor Şimusik idarə edəcək. Köməkçi hakimlər Sergey Kasavets və Anton Qusf, həmçinin 4-cü hakim Cavid Cəlilovdur.
Saat 20:00-da start götürəcək bu yoldaşlıq oyunu hər iki komanda üçün “bərpa” və yeni səhifə açmaq fürsətidir.
Azərbaycan Macarıstan qarşısında illərdir davam edən uğursuzluğa son qoyacaq, yoxsa macarlar yenə qalib gələcək?
Sizin rəyiniz